Topaz Premyer Liqasında XXXI turun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 20-də keçiriləcək turun “Bakı” və “İnter” arasında mərkəzi oyunu Rəhim Həsənova tapşırılıb.
AFFA-nın Hakimlər Komitəsi bu dəfə 5 oyundan yalnız ikisinə 6 ədalət təmsilçisi göndərib. Mərkəzi oyunla yanaşı, “Xəzər Lənkəran” – ZAL matçında da əlavə hakim köməkçiləri olacaq.
XXXI tur
20 aprel (bazar)
18:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Rəvan” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov
“Bayıl Arena” stadionu
17:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov
Zaqatala şəhər stadionu
17:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov
“Bakcell Arena” stadionu
15:00. “Bakı” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Mənbə: pfl.az