Mərkəzi oyunlar canlı yayımda
06.05.2014 - 13:16
Mərkəzi oyunlar canlı yayımda

Topaz Premyer Liqasının XXXIV turunun televiziya ilə yayımlanacaq oyunları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "İdman Azərbaycan" kanalı sabah baş tutacaq turun mərkəzi oyunlarını tamaşaçılara təqdim edəcək.

 

Azarkeşlər saat 17:00-da “Qəbələ” – “Bakı” görüşünü izləmək imkanı qazanacaq. Saat 19:00-da isə tamaşaçılara  “Qarabağ” – “İnter” qarşılaşması nümayiş olunacaq.