Məşhur fransız klubu da Qəbələyə gəlir
21.02.2014 - 13:08
Məşhur fransız klubu da Qəbələyə gəlir

Mayın 29-dan iyunun 1-dək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub. Apasport.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya) və “Liverpul”un (İngiltərə) ardından Fransanın “Olimpik” (Marsel) klubu da turnirdə yer alacağını təsdiqləyib. Bununla, III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 5-nin adı dəqiqləşib. 

 

Qeyd edək ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq, İngiltərə və Fransa təmsilçiləri yer alacaq. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdi.