Məşhur futbolçu karyerasını bitirdi, skaut olacaq
17.12.2015 - 00:52
Məşhur futbolçu karyerasını bitirdi, skaut olacaq

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Fabritsio Mikkoli karyerasını bitirdiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu barədə məlumatı "footballitalia.net" yayıb.

 

Xəbərdə 36 yaşlı sabiq hücumçunun bundan sonra Maltanın "Birkirkara" klubunda skaut kimi çalışacağı vurğulanıb.

 

Xatırladaq ki, Mikkoli karyerası ərzində "Yuventus"la yanaşı, "Fiorentina", "Palermo" və "Benfika" kimi klubların da şərəfini qoruyub.

 

Sabiq forvard cari mövsümün əvvəlində heç kimin gözləmədiyi halda Malta "Birkirkara"sıyla anlaşmışdı.