Məşhur futbolçu Ukraynada döyüldü və qarət olundu
31.05.2015 - 13:25
Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Yunus Belhanda qarət olunub. Apasport.az saytının məlumatına görə, hadisə mayın 30-u, gecə saatlarında baş verib.
Naməlum şəxslər Belhandanın maşınının qabağını kəsərək ona hücum ediblər. 25 yaşlı futbolçunun üzünə qaz balonu ilə zərbə endirən quldurlar yarımmüdafiəçini qarət edərək, elə öz maşını ilə də hadisə yerindən uzaqlaşıblar.
Maraqlıdı ki, xoşagəlməz hadisəyə baxmayaraq, Belhanda Ukrayna çempionatının son turunda baş tutan “Metallurq” oyununda 58 dəqiqə meydanda olub.
0
0