Məşhur futbolçudan Özilə tənqid
26.03.2014 - 23:31
Məşhur futbolçudan Özilə tənqid

 

İngiltərə yığmasının və “Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz “Arsenal”ın oyununu və futbolçularını sərt tənqid edib. Apasport.az saytının məlumatına görə, tənqid edilənlər arasında türk əsilli futbolçu Məsut Özil də var.

 

Pol Skoulz “Arsenal”ın son oyunda “Suonsi”yə qarşı “ölgün” göründüyünü bildirib: “Bu, tipik “Arsenal” həftəsiydi. Bu və ya digər səbəbdən futbolçular itmişdilər. Artet, Kasorla, Rositsi, Özil – elə bil meydana intizamsız çıxırlar. Elə bil ki, kimsə onlara “Siz dörd və ya beş yarımmüdafiəçi meydana çıxın və nə istəyirsiniz edin. Çalışın bir-iki qol vurun, arxaya qayıtmaq barəsində isə düşünməyin” deyir. Bilmirəm, Arsen Venqer həqiqətənmi belə idarə edir, amma təəssürat belədir. Onlar intizamsız yarımmüdafiəçiyə oxşayırlar. Patrik Vyera. Toni Adams, Martin Kioun kimi liderlər yoxdur”.