Məşhur futbolçunun 30 yaşlı tennisçi qızı dəhşətli xəstəlikdən öldü
05.05.2014 - 19:45
Məşhur futbolçunun 30 yaşlı tennisçi qızı dəhşətli xəstəlikdən öldü

Əslən Ukraynadan olan britaniyalı tennisçi Yelena Baltaça 31 yaşında dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, idmançı qara ciyər xərçəngindən ölüb.

 

Xərçəng xəstəliyi Baltaçada 2014-cü ilin martında müəyyən edilib. O, idman karyerasını 2013-cü ilin noyabrında başa vurub. Baltaça 2010-cu ildə 50 ən yaxşı qadın tennisçi siyahısına daxil olub, Avstraliyanın açıq çempionatı və Uimbldon turnirlərində 3-cü mərhələyə kimi yüksəlib. Bundan əlavə, Beynəlxalq Tennis Federasiyasının xətti üzrə keçirilən yarışlarda 11 qələbə qazanıb.

 

Yelena Baltaça məşhur sovet və Ukrayna futbolçusu, SSRİ və Kiyev “Dinamo”sunun oyunçusu Sergey Baltaçanın qızıdır. Yelena az təminatlı uşaqlar üçün tennis akademiyası yaradıb. Həmkarları bildiriblər ki, idmançının başladığı işi davam etdirəcəklər.

 

İyunda Yelena Baltaçanın xatirəsinə həsr olunan tennis turniri keçiriləcək. Turnirdə Endi Marrey, Ross Hatçins, Martina Navratilova, Tim Henman və Ceymi Marrey kimi məşhur tennisçilər iştirak edəcəklər.