Məşhur məşqçi Türkiyə klubundan ayrıldı
01.06.2015 - 16:26
Məşhur məşqçi Türkiyə klubundan ayrıldı

Türkiyə Superliqasında mövsüm başa çatan kimi, baş məşqçi istefaları da başlayıb. Apasport.az saytı xəbər verir ki, artıq bir komanda baş məşqçisi ilə yollarını ayırıb.

 

Söhbət “Akhisar”ın çalışdırıcısı Roberto Karlosdan gedir. Klub rəhbərliyi əfsanəvi braziliyalının müqaviləsini qarşılıqlı razılıqla ləğv edib. Bu məlumatı “sambaçı” özü də təsdiqləyib: “Rəhbərlik mənimlə yeni müqavilə bağlamaq istəmədi. Hər kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, Roberto Karlos “Akhisar”ın “sükanı arxasına” yanvarın 2-də keçmişdi. Komanda mövsümü 12-ci pillədə tamamlayıb.