Argentina millisinin hücumçusu Lionel Messinin “Barselona” ilə yeni müqavilə bağlamağa razılaşdığı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, futbolçunun müqaviləsi 2019-cu ilə kimi uzadılacaq.
Messi hər mövsüm üçün 20 milyon avro alacaq. Bundan əlavə, ona daha 4 milyon avro bonus şəklində veriləcək. Messinin dünya çempionatına rahat şəkildə hazırlaşması üçün müqavilə yaxın günlərdə imzalanmalıdır.
Bundan əlavə, argentinalı hücumçu klub rəhbərliyi ilə danışıqlar zamanı “Mançester Siti”nin forvardı Serio Aqueronu almağa və sıx münasibətləri olduğu qapıçı Xose Pinto ilə müqaviləni uzatmağı xahiş edib.