Messi 33 milyon avro cərimə ödəyəcək
23.06.2014 - 21:15
Messi 33 milyon avro cərimə ödəyəcək

 

“Barselona” klubunun və Argentina yığmasının futbolçusu Lionel Messi İspaniya xəzinəsinə 33 milyon avro ödəməlidir. Apasport.az saytının məlumatına görə, hücumçu vergilərdən yayınmaqda ittiham olunur.

 

2013-cü ildə Messiyə və onun atası Xorxeyə 2007-2009-cu illərdə vergidən 4,1 milyon avro gizlətmək ittihamı irəli sürülüb. Argentinalı ötən ilin avqust ayında 5 milyon avro ödəyib. Bundan əlavə, o bu məbləğin 65 faizini (2,7 milyon avro) cərimə şəklində ödəməlidir.

 

Kataloniya klubunun lideri 2010-2012-ci illərdəki qanun pozuntularına görə 5 il ərzində daha 25 milyon avro ödəyəcək. Bununla bağlı Messi və vergi orqanları arasında razılaşma əldə olunub.

 

Məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarıb. Çünki onun vergi pozuntularından şəxsən xəbəri olmayıb.