Messi “Barselona”dan 400 milyon avro istəyir
18.04.2014 - 02:30
Messi “Barselona”dan 400 milyon avro istəyir

“Barselona” futbol klubunun hücumçusu Lionel Messi komanda ilə müqaviləni uzatmağa hazırdır. Apasport.az saytının məlumatına görə, amma tərəflər hələlik razılığa gələ bilməyiblər. Hər şey futbolçunun məvacibi ilə bağlı fikir ayrılığı ilə bağlıdır.

 

Kataloniya klubu Messiyə 5 il üçün 200 milyon avro vermək istəyir. Bu zaman futbolçunun imicindən (reklamdan) gələn gəlirin 20 faizi “Barselona”ya çatmalıdır.

 

Messi isə 4 il üçün 400 milyon almaq niyyətindədir. Bu zaman reklam gəlirlərinin komandaya çatması müzakirə mövzusu olmamalıdır.