Messi: Bütün rekordlarımı dünya çempionluğuna dəyişərdim
03.06.2014 - 23:26
Messi: Bütün rekordlarımı dünya çempionluğuna dəyişərdim

 

Argentina millisinin lideri Lionel Messi dünya çempionu olmaq istədiyini növbəti dəfə bəyan edib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın hücumçusu Argentina yığmasının azarkeşlərini sevindirmək üçün var qüvvəsini ortaya qoyacağına söz verib.

 

Messi bildirib ki, həmvətənlərini xoşbəxt etmək üçün bütün rekordlarını dünya çempionatında qələbəyə dəyişərdi: “Braziliyada məqsədimizə çatacağıma ümid edirəm”.