Messi Argentina-İsveçrə matçının ən yaxşısıdır
01.07.2014 - 23:49
Lionel Messi Argentina-İsveçrə matçının ən yaxşısı hesab olunub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Messi əsas heyətdə meydana çıxıb və 118-ci dəqiqədə məhsuldar ötürmə edib. Xatırladaq Ki, Anxel Di Marianın vurduğu qol oyunda yeganə olub və Argentina çətinliklə 1/4 finala çıxıb.
Messi isə artıq 4-cü dəfədir oynadığı matçın ən yaxşısı hesab edilir.
0
0