Messi Argentina-Nigeriya matçının ən yaxşısıdır
25.06.2014 - 23:23
Messi Argentina-Nigeriya matçının ən yaxşısıdır

 

Argentina millisinin hücumçusu Lionel Messi Argentina-Nigeriya matçının ən yaxşısı hesab edilib. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nin rəsmi saytında bildirilir.

 

Argentina millisinin kapitanı 2 qol vurub və 63-cü dəqiqədə əvəz olunub. Qeyd edək ki, Messi hər üç oyunda qol vurub və hər üç oyunda matçın ən yaxşısı hesab edilib. Hazırda onun aktivində 4 qol var.