Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi çirkli pulları yumaq və vergilərdən yayınmaqda ittiham oluna bilər. Apasport.az saytının məlumatına görə, artıq İspaniyada bununla bağlı araşdırma başlanılıb.
Messi 2012 və 2013-cü illərdə “Messinin dostları” komandası ilə dünya yağması arasında bir sıra görüşlər keçirərək vergilərdən yayınmaqda şübhəli bilinir. Bu oyunların təşkilatçısı Hollandiya Antil adalarındakı Kurakoda qeydə alınıb. Təşkilatçı ümumi məbləği milyon avro olan iki köçürmə edib. Güzəştli vergi rejimi olan bu cırtdan dövlət vergi ödəyicilərinin sığınacağı hesab olunur.
Pul vəsaitini alan tərəfin “G.Marin Messi” şirkətinin olması da şübhələr yaradıb. Şirkət futbolçunun dostu Qilyermo Marinə məxsusdur.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI