YUNİSEF-n xoş məramlı səfiri olan argentinalı futbolçu Lionel Messi Qəzza sektorundakı uşaqların müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, hücumçu bölgədə silahlı münaqişənin dayandırılmasını tələb edib.
Messi bildirib ki, İsrail və Fələstində çəkilən fotolar onu çox kədərləndirir: “Zorakılıq orada xeyli insanın həyatını alıb. Xeyli uşaq yaralanıb və ölüb. Bu münaqişəni uşaqlar yaratmayıblar. Amma münaqişədən ən çox zərə çəkən də uşaqlardır. Bu mənasız zorakılığı dayandırmaq lazımdır. Biz silahlı münaqişələrin nəticəsi barədə düşünməliyik. Qəzzadakı uşaqlar müdafiə olunmalıdır”.