Messi qol vəziyyətləri və aldatmalara görə liderdir
07.07.2014 - 20:38
“Barselona”nın hücumçusu Lionel Messi dünyanın ən yaxşı oyunçusu olduğunu Braziliyada da sübut edir. Apasport.az saytının məlumatına görə, dünya çempionatında qol vəziyyətləri yaratmasına və aldatmalara görə liderdir.
29 yaşlı futbolçu rəqib qapısı qarşısında 19 qol vəziyyəti yaradıb və 29 dəfə rəqibini gözəl oyunu ilə aldadıb. Bundan əlavə, Messi 4 qol vuraraq bombardirlərin siyahısında Neymar və Tomas Müllerlə bərabər ikinci yeri bölüşdürür.
0
0