“Barselona” futbol klubunun hücumçusu Leonel Messi “Real Madrid”lə oyunda yeni rekordlara imza atıb. Apasport.az saytının məlumatına görə, argentinalıya “El Klassiko”da vurduğu 3 qol birinci yerə çıxmağa kömək edib.
Messi “El Klassiko”lar ərzində rəqib qapısından ən çox qol keçirən futbolçu olub. Hazırda onun hesabında 21 top var və bu, son deyil. Buna qədər o, birinciliyi hesabında 18 qol olan “Real”ın hücumçusu Alfredo di Stefeano ilə bölüşürdü.
Bundan əlavə, Messi “El Klassiko”larda 2 dəfə rəqib qapısından 3 qol keçirən yeganə futbolçudur. O, ilk dəfə “Real”la oyunda het-trikə 2007/2008-ci il mövsümündə imza atıb. “Kamp Nou”da keçirilən həmi oyun 3:3 hesabı ilə başa çatıb.
Xatırladaq Ki, martın 23-də keçirilən oyun 4:3 hesabı ilə “Barselona”nın xeyrinə qurtarıb.