Messi Şimali Koreya liderinə bənzəyir
08.08.2014 - 06:17
Ötən həftə yeni imici ilə hamını təəccübləndirən Lionel Messi gündəmdən düşmür. Apasport.az saytının məlumatına görə, azarkeşlər onu Şimali Koreyanın lideri Kim Çen Inla müqayisə ediblər.
Futbolçu yeni imici ilə meydana avqustun 5-də çıxıb. Onun saçının boyun hissəsi tamamilə qırxılıb. Alnı hissəsini isə ötən əsrin 60-cı illərində dəbdə olan formada darayıb. Azarkeşlər argentinalı futbolçunun saç düzümünün Şimali Koreya lideri Kim Çen Inın saç düzümü ilə oxşadığını bildirərək, müqayisə üçün onların şəklini yanaşı yerləşdiriblər.
0
0