Messi və Aquero: Sabelya postunda qalmalıdır
15.07.2014 - 06:51
Messi və Aquero: Sabelya postunda qalmalıdır

 

Argentina millisinin hücumçuları Lionel Messi və Serxio Aquero yığmanın baş məşqçisi Alexandro Sabelya ilə bağlı bəyanat veriblər. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu Sabelyanın qalmasını istəyib.

 

Messi bunu ilk növbədə Sabelyanın özünün istəməli olduğun bildirib: “Allah etsin ki, qalmaq istəsin. Mən onun qalmasını istəyirəm”.

 

Öz növbəsində Aquero da baş məşqçi dəyişikliyinin əleyhinə çıxıb: “Sabelya gələcəyi ilə bağlı bizə heç nə deməyib. Amma o getsə, bu bizə ikiqat zərbə olacaq. Axı biz yenicə finalda məğlub olmuşuq…”