Messini “Qarabağ”a qol vurmuş oyunçu əvəzləyəcək
29.09.2015 - 22:14
Messini “Qarabağ”a qol vurmuş oyunçu əvəzləyəcək

Argentina milli komandasında zədələnən Lionel Messinin yerinə Erik Lamela daxil edilib. Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasında “Las Palmas”la oyunda zədələnən və 6-8 həftəliyinə sıradan çıxan “Barselona”nın hücumçusunu “Tottenhem”in gənc oyunçusu Lamela əvəz edəcək.

 

Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Ekvador və Paraqvay ilə qarşılaşacaq “gümüşlər”in baş məşqçisi Xerardo Martino belə seçim etməyə qərar verib.

 

Qeyd edək ki, Lamela bu mövsüm “Tottenhem”in heyətində Premyer Liqada 3 oyunda meydana çıxıb. O, Avropa Liqasında “Qarabağ”a qarşı oyunda da meydana çıxmış və fərqlənmişdi.