Messinin arzusu ürəyində qalacaq
09.05.2014 - 02:37
Messinin arzusu ürəyində qalacaq

 

Lionel Messinin bütün səylərinə baxmayaraq, “Mançester Siti”nin rəhbərliyi Serxio Aqeranı “Barselona”ya buraxmağa hazırlaşmır. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçuya həddən artıq böyük qiymət qoyulub.

 

Son vaxtlar Aqueranın yay mövsümündə “Barselona”ya keçəcəyi ilə bağlı iddialar gəzir. Kataloniya klubunun ulduzu Lionel Messi Aqueranın alınmasında təkid edir. Amma “şəhərlilər” bu mövsüm komandanın bombardirinə çevrilmiş Aqueranı buraxmaq istəmir və bunun üçün hər şeyi edir. Bütün bunlara baxmayaraq Serxio komandanı tərk etmək istəsə, “Mançester Siti” onu 70 milyon avroya satmağı planlaşdırır.

 

Aquero bu mövsüm komandanın heyətində keçirdiyi bütün 33 oyunda 28 qol vurub.