Messinin qohumlarının evi soyuldu
20.02.2015 - 21:14
Messinin qohumlarının evi soyuldu

“Barselona”nın hücumçusu Lionel Messinin arvadı Antonella Rokkuzzonun valideynlərinin evi soyğunçuluğa məruz qalıb. Apasport.az saytının məlumatına görə, hadisə bu gün səhər saatlarında Rosarionun 10 kilometr qərbində yerləşən Santa-Fe Fyunes şəhərində baş verib.

 

Belə ki, ən azı beş silahlı cinayətkar bağlı qəsəbənin ərazisinə girib və dörd evi soyub. Onlardan biri də Messinin arvadının valideynlərinə aiddi.