Messiyə İspaniya millisindən qeyri-rəsmi təklif
04.06.2014 - 05:33
Messiyə İspaniya millisindən qeyri-rəsmi təklif

 

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messinin həyatından bəhs edilən kitabda ilginc məqamlar açılıb. Apasport.az saytının məlumatına görə, futbolçuya İspaniya yığmasının şərəfini qorumaq təklif olunsa da, Messi bu təklifi rədd edib.

 

“Messi: Vətənpərvər” adlı kitabda Messi özü barədə bunları deyir: “Uşaq olanda Argentina Futbol Federasiyası tərəfindən milli komandaya çağırılacağımı gözləyirdim. Qeyri-rəsmi olaraq İspaniya millisində oynamaq da təklif olundu. Amma öz vətənimin şərəfini qorumaq istədiyimi dedim. Çünki əynimdə Argentina millisinin bayrağının rəngləri olan forma görmək istəyirdim. Xalqımı sevindirmək istəyirəm. Çünki Argentina mənim ölkəmdir, ailəmdir, özümü ifadə etmək vasitəmdir. İnsanlar nəyə görə İspaniyanı seçmədiyimi soruşurlar. Cavab sadədir: istəmədiyim üçün”.