Məsut Özil “Mançester Yunayted” və “Çelsi”dən üstündü
22.12.2015 - 18:47
Məsut Özil “Mançester Yunayted” və “Çelsi”dən üstündü

“Arsenal”ın almaniyalı yarımmüdafiəçisi Məsut Özil İngiltərə rekorduna imza atmağa çox yaxındı. Apasport.az saytının məlumatına görə, Türkiyə əsilli Premyer Liqanın geridə qalan 17 turunda artıq 15 məhsuldar ötürmə verməyə müvəffəq olub.

 

Ötən mövsüm 22 oyunda 4 qol vurub, 5 qol ötürməsi verən Özil cari mövsümdəki fantastik oyunu ilə “Arsenal” azarkeşlərinin çempionluq arzularını artırıb. “Mançester Siti”yə qarşı dünən keçirilən görüşdə 2 məhsuldar ötürmə ilə qələbədə (2:1) böyük rol oynayan 27 yaşlı yarımmüdafiəçi bununla son 7 matçın hamısında qol pası verməklə yeni rekorda imza atıb. İngiltərə Premyer Liqası tarixində assist rekordu sabiq “Arsenal”lı Tyerri Anriyə məxsusdu. Fransalının bir mövsümdə 20 məhsuldar ötürmə verdiyini nəzərə alsaq, Özilin bu rekordu yeniləyəcəyinə şübhə yeri qalmır.

 

Özil bu göstərici ilə “Çelsi” və “Mançester Yunayted” kimi böyük klubları təkbaşına geridə qoymağı bacarıb. Belə ki, 17 turdan sonra futbolçularının ümumi assist sayı “Mançester Yunayted”də 13, “Çelsi”də isə 11-di. Bundan başqa, “Uotford”, “Norviç”, “Suonsi”, “Aston Villa”, “Stok Siti”, “Vest Bromviç”, “Burnemut” və “Sanderlend” də futbolçularının ümumi qol pası sayında Özildən geri qalırlar.