Meydanda Messi, sosial şəbəkədə Ronaldo
02.04.2014 - 06:05
Meydanda Messi, sosial şəbəkədə Ronaldo

 

 

“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkələrdə ən böyük pərəstişkar ordusu olan futbolçu kimi önə çıxıb. Apasport.az saytının məlumatına görə, 4 “Qızıl top” sahibi Leonel Messi yaşıl sahələrdə portuqaliyalı futbolçudan öndə olsa da, sosial şəbəkədə ikincidir.

 

“Marça” qəzeti “Facebook” şəbəkəsində ən populyar futbolçuların adlarını açıqlayıb. Qəzetin yazdığına görə, birinci yerdə 77 milyon pərəstişkarla Ronaldo gəlir. Onu 55 milyon pərəstişkarı olan Messi izləyir. Üçüncü yer isə Devid Bekhemə məxsusdur – 36 milyon. Sonrakı yerləri aşağıdakı futbolçular tutur: Kaka (27 milyon), Neymar (19 milyon), Runi (18 milyon). Ronaldu “Twitter”də də birincidir – 25 milyon.

 

Qəzet onu da yazır ki, aparıcı idman şirkətlərindən biri dünya çempionatı öncəsi həyata keçirdiyi kampaniyada Ronaldo, Neymar və Runini şirkətin siması olaraq seçməsi onların sosial şəbəkələrdəki populyarlığı ilə bağlıdır.