Milinko Pantiç: Hakimlikdən danışmayacam
12.04.2014 - 16:44
Milinko Pantiç: Hakimlikdən danışmayacam

“Çətin və mübarizə ilə bol bir oyun oldu. Bir neçə futbolçumuz bu gün meydana çıxa bilmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXX turunun “Xəzər Lənkəran”la ev oyunundakı heç-heçəyə (2:2) şərh verib: “Rəqibimiz güclü idi, ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da rəqib komandaya üstünlük verdi. “Xəzər Lənkəran”ın cərimə zərbələrini çox yaxşı yerinə yetirməsini futbolçularıma demişdim. İlk hissəni 0:2 hesabı ilə geridə olsaq da, fasilədə futbolçularıma tövsiyələrimi verdim. İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi. Hücumda çatışmazlıqlarımız var, iki gənc futbolçuya bu gün şans verdim. “Neftçi” ilə oyuna top rəqib futbolçunun əlinə dəymişdi, hakim isə 11 metrlik cərimə zərbəsi təyin etməmişdi. Ona görə bu haqda danışmışdım. Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam. Hakim də insandır, səhv edə bilər. İlk üçlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.

Mənbə: pfl.az