Milinko Pantiç: Hər oyun başqa bir dünya sayılır
28.03.2014 - 13:52
Milinko Pantiç: Hər oyun başqa bir dünya sayılır

“Artıq çempionatın IV dövrəsi başlayır. Qalan oyunların sayı azaldıqca 3 xal qazanmaq daha çox zərurətə çevrilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

 

Serbiyalı mütəxəssis Topaz Premyer Liqasının XXVIII turunun “Simurq”la ev oyunu haqda fikirlərini açıqlayıb: “Statistik göstəricilərə əsasən “Bakı” cari mövsüm baş tutan hər 3 qarşılaşmada “Simurq”u məğlub edib. Amma bütün bunlar sabahkı görüşümüzdə heç nəyi dəyişmir. Futbolda hər oyun başqa bir dünya sayılır. Qazandığımız qələbələr də fərqli formalarda olub. Bu isə futbolun rəngarəngliyindən xəbər verir. Sadəcə, “Simurq”un sona qədər döyüşən və mövqelər baxımından yaxşı təşkil olunmuş komanda olmasını vurğulamaq vacibdir. Sabah Əfran İsmayılov və Rauf Əliyevin meydana çıxıb-çıxmayacağını hələ müəyyənləşdirməmişəm. Bu yöndə tələsmək düzgün deyil”.

 

Qeyd edək ki, “Bakı” – “Simurq” oyunu sabah keçiriləcək.