"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının XXXII turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Apasport.az saytının xəbərinə görə, serbiyalı çalışdırıcı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: "Bu gün komandam yaxşı oynadı. Amma çatışmayan cəhətlər var. Hansı ki, bu çatışmazlıqlar ilboyu bizimlə olub. İnşallah, növbəti ildə bu çatışmazlıqlar olmayacaq. Futbolda möcüzələr olmur. Olanda da bir dəfə olur. Çoxlu qol epizodları yaratdıq. Lakin istifadə edə bilmədik. Xüsusilə, Elvin Məmmədov gözəl oynadı. Futbolda ən çox qol vuran qələbə qazanır. Mənə elə gəlir ki, bu gün iki xal itirdik. Mənim qarşıma komandanı Avropa Liqasına çıxarmaq vəzifəsi qoyulmayıb. Bunu hamı bilir. Məndən bura gələndə yaxşı komanda yaratmaq xahiş olunub. Allah qoysa, siz hələ mənə 3 il də dözməli olacaqsız" (futbolinfo.az).