Latviya millisi stadion problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkənin paytaxtı Riqada UEFA tələblərinə cavab verən arena yoxdur.
Yerli futbol federasiyası AVRO-2016-nın seçmə mərhələsinin oyunlarını harada keçirməklə bağlı ciddi çətinliklə üzləşib. Qurum rəhbərliyi iki variantı zərində baş sındırır. Bunlardan biri təxminən 300 min avrodan keçib Riqadakı stadionu müasir tələbələrə uyğun şəklə gətirməkdir. Lakin digər variant daha inandırıcıdır. Belə ki, latviyalılar rəqiblərini Estoniyanın paytaxtı Tallinndə qəbul etmək variantını da nəzərdən keçirir.