Milli üzvü 20 dəqiqə oynadı, komandası 1 xal qazandı
27.09.2015 - 13:26
Milli üzvü 20 dəqiqə oynadı, komandası 1 xal qazandı

Milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” klubu La Liqada növbəti oyununu keçirib. Apasport.az saytıın məlumatına görə, “Selta Viqo”nu qəbul edən basklılar matçdan 1:1 hesablı bərabərliklə ayrılıblar.

 

Yığma komandamızın üzvü oyunun 69-cu dəqiqəsində meydana daxil olub.

 

Xatırladaq ki, “Eybar” bu bərabərliklə La Liqada xalını 9-a yüksəldib və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.