Milli üzvü “fərqləndi”, komandası qalib gəldi
14.11.2015 - 00:52
Milli üzvü “fərqləndi”, komandası qalib gəldi

Milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” yoxlama oyunu keçirib. Apasport.az saytının klubun rəsmi feysbuk hesabına istinadən məlumatına görə, La Liqa təmsilçisi Fransanın “Tuluza” klubu ilə qarşılaşıb.

 

Milli üzvününü start heyətində meydana çıxdığı matçı ispaniyalılar qazanıb – 2:0.

 

Eddi isə 57 dəqiqə meydanda olduğu qarşılaşmada “fərqlənməyə” də imkan tapıb. O, sarı vərəqə ilə cəzalanıb.