Milli üzvü oynadı, komandası 1 xal qazandı
16.08.2015 - 14:57
Milli üzvü oynadı, komandası 1 xal qazandı

Ukrayna çempionatında növbəti turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Pavel Paşayevin yenicə müqaviləsini uzatdığı "Metallurq” öz meydanında “Vorskla” ilə qarşılaşıb.

 

Müqaviləsi dəqiqləşmədiyi üçün ilk 4 turun oyunlarını buraxan futbolçumuz bu dəfə start heyətində meydana çıxıb.

 

Paşayevin 90 dəqiqə mübarizə apardığı matç 1:1 hesabı ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Metallurq" 5 turdan sonra 2 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.