[b]Millidə yeni baş məşqçi[/b]
21.07.2014 - 09:54
[b]Millidə yeni baş məşqçi[/b]

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatındakı uğursuzluqdan sonra Luis Felipe Skolari ilə yollarını ayıran “pentakampeonlar”ın yeni çalışdırıcısı Dunqa olub.

 

2006-10-cu illərdə də Braziliya millisinə baş məşqçilik edən mütəxəssis 4 ildən sonra postun qayıdıb. Dunqanın təqdimat mərasimi iyulun 22-nə planlaşdırılıb.

 

Maraqlıdır ki, Skolari kimi Dunqa da yığmadan mundialda Hollandiyaya uduzduqdan sonra ayrılmışdı. Sinuncu DÇ-2010-un 1/4 finalında, onun sələfi isə DÇ-2014-də 4-cü yer uğrunda matçda “narıncılar”a yenilgidən sonra istefa vermişdi.