Millimiz Albaniya ilə qarşılaşacaq
04.08.2014 - 11:37
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız avqustun 8-də Albaniya ilə görüşəcək.
Futbolçularımızın həmyaşıdları ilə dueli Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu görüş komandamızın Avstriyada ikinci sınağı olacaq.
Qeyd edək ki, millimiz ilk oyununda Xorvatiyanı 1:0 hesabı ilə məğlub edib.
0
0