Millimiz Almaniya klubu ilə heç-heçə edib
30.04.2014 - 08:28
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan millimiz yerli "Mayns QonsenheYm" klubunun U-17 komandası ilə görüşüb.
Bu qarşılaşmada heç-heçə qeydə alınıb. Belə ki, Təbriz Həsənovun yetirmələri qolsuz heç-heçə ilə kifayətlənib.
0
0