Millimiz Almaniyaya gedir
07.07.2014 - 16:39
Millimiz Almaniyaya gedir

16 yaşadək futbolçulardan ibarət yığma komandamız Almaniyaya gedəcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Təbriz Həsənovun yetirmələri Duysburq şəhərində təlim-məşq toplanışında olacaq,

 

Toplanış iyulun 10-dan 20-dək davam edəcək. İyulun 21-dən 27-dək isə həmin şəhərdə beynəlxalq turnir təşkil olunacaq. U-16 məhz bu turnirdə iştirak edəcək.