Millimiz Antalyaya yollandı
20.02.2015 - 10:05
Bu gündən etibarən Türkiyədə təlim-məşq toplanışına start verəcək Azərbaycan millisi artıq Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, yığmamızı aparan təyyarə bir saat gecikmə ilə az öncə havaya qalxıb.
Bakı-Antalya relsi ilə hərəkət edən təyyarə Bakı vaxtı ilə saat 13:00-da qardaş ölkə aeroportuna enəcək.
Qeyd edək ki, fevralın 26-na qədər Antalyada təlim-məşq toplanışı keçəcək milli komanda ayın 24-də Ukrayna “Şaxtyor”u ilə yoxlama matçında qüvvəsini sınayacaq.
0
0