Millimiz Avstriyaya gedəcək
16.07.2014 - 13:58
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, millimiz iyulun 28-dən avqustun 10-a qədər hazırlıq keçəcək.
Komandamız bu dəfə Avstriyada toplanışda olacaq. Millinin hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirməsi planlaşdırılır.
Mənbə: affa.az
0
0