Millimiz Estoniyaya gedir
19.03.2014 - 17:12
Millimiz Estoniyaya gedir

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin növbəti toplanışı iki mərhələdən ibarət olacaq. 

 

Komandamız martın 22-dən 24-dək Bakıda, martın 25-dən aprelin 2-ə qədər isə Estoniyanın Tallinn şəhərində təlim-məşq toplanışı keçəcək. Baltikyanı ölkədə yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub.

 

Mənbə: affa.az