Millimiz İspaniya klubunu məğlub etdi
17.02.2015 - 14:41
Millimiz İspaniya klubunu məğlub etdi

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, fevralın 13-dən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan komandamız ilk sınağına çıxıb.

 

Hazırlıq prosesində yığmamız “Pardinyes” klubunun U-21 komandası ilə qarşılaşıb. Millimiz bu matçda 3:2 hesablı qələbə qazanıb. Sevinc Cəfərzadənin dubl etdiyi oyunda digər qolun müəllifi Nərgiz Hacıyeva olub.