Millimiz "Benfika"nı darmadağın etdi
21.02.2015 - 22:02
Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız qardaş ölkədə İsveçrənin "Benfika-Sürix" akademiyasının U-17 komandası ilə qarşılaşıb.
Görüşdə futbolçularımız rəqibini darmadağın edib – 9:0.
Yoxlama oyunu
Azərbaycan (U-16) - "Benfika-Sürix" (U-17) (İsveçrə) - 9:0
Qollar: Fərid Nəbiyev, 2, Anil Cilas, 8, Pilağa Mehdiyev, 20, Bahadur Həziyev, 24, Elvin İmanlı, 53, İbrahim Qədirzadə, 57; 62, Elçin Əsədli, 63-pen; 68
0
0