Millimiz mundialı keçirəcək komanda ilə sülh bağladı
26.04.2014 - 09:36
17 yaşadək futbolçular arasında keçirilən XI “Delle Natsioni” turnirinə dünən start verilib. Apasport.az saytının məlumatına görə, B qrupunda yarışan millimiz 2015-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Çili ilə qarşılaşıb.
Avstriyanın Köçax-Maut qəsəbəsindəki stadionda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Cənubi amerikalılardan qolu “Palestino”nun oyunçusu Valter Ponse vurub. Yığmamızın heyətindən isə Ziya Əzizov fərqlənib. Qrupun digər görüşündə isə Xorvatiya Yaponiyanı 9-cu dəqiqədə Neven Curasekin vurduğu yeganə qol ilə məğlub edib.
Qeyd edək ki, bu gün yığmamız qrup lideri Xorvatiya ilə qarşılaşacaq.

0
0