Millimiz Norveç klubuna qalib gəldi
25.02.2015 - 17:40
Millimiz Norveç klubuna qalib gəldi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində 3-cü matçda qüvvəsini sınayıb.

 

Təbriz Həsənovun yetirmələri Norveç təmsilçisi “Konnerud”un U-17 komandası ilə görüşüb. Məhsuldar keçən qarşılaşmada millimiz qalib gəlib – 4:2.

 

Qeyd edək ki, bunadək iki görüşə çıxan yığmamız İsveçrənin “Benfika” klubunun U-17 komandasını 9:0 məğlub edib, Belarusun U-17 millisinə 1:2 uduzub.