Rusiyada keçirilən 17 yaşadək qızlardan ibarət komandalar arasında beynəlxalq Avrasiya turnirində yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi turnirin son günündə Rusiya ilə qarşılaşıb.
Novosibirskdə baş tutan qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Bu matçda hakim yığmamızı 2 penalti ilə cəzalandırıb. Bunlardan 1-cisi qol olmasa da, fasilədən sonra rusiyalılar qələbə gətirən toplara imza atıb.
Bu qələbə sayəsində Rusiya millisi turnirin qalibi olub. Millimiz isə yarışı 3-cü yerdə tamamlayıb. Buna Sibir yığmasının Sverdlovsk vilayəti ilə matçda 3:1 hesabı ilə qalib gəlməsi səbəb olub.
|
1 |
Rusiya |
3 |
2 |
1 |
0 |
13-1 |
7 |
|
2 |
Sibir |
3 |
1 |
2 |
0 |
3-1 |
5 |
|
3 |
Azərbaycan |
3 |
1 |
1 |
1 |
4-2 |
4 |
|
4 |
Sverdlovsk vilayəti |
3 |
0 |
0 |
3 |
2-18 |
0 |