Millimiz yenə uduzdu
27.03.2014 - 13:55
Millimiz yenə uduzdu

Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirinin təsəlliverici qrupunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 9-12-ci yerlər uğrunda mübarizə aparan 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi İran yığması ilə qarşılaşıb.

 

Turnirdə keçirdiyi bütün oyunlarda məğlub olan Patrisiya Qonzalesin yetirmələri bu dəfə də meydanı başıaşağı tərk edib. İran millisi ikinci yarıda vurduğu qolla 3 xal qazanıb.

 

Qeyd edək ki, yığmamız qrup mərhələsində İsrailə 0:1, Rusiya və Rumıniyanın hər ikisinə 0:3, təsəlliverici qrupunda isə Macarıstana 1:2 hesabı ilə yenilmişdi.



1 Macarıstan 2 1 1 0 3-2 4
2 Türkiyə 2 1 1 0 2-1 4
3 İran 2 1 0 1 1-1 3
4 Azərbaycan 2 0 0 2 1-3 0