Millimizdən 10 zərbə
16.11.2015 - 09:00
Millimizdən 10 zərbə

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – Bosniya və Herseqovina matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, V qrupun son turunun Bakıda keçirilən qarşılaşmasında millimiz 1:0 hesabı ilə qalib gəlsə də, qonaqlar bütün komponentlərdə yığmamızdan üstün olub.

 

Nazim Süleymanovun baş məşqçisi olduğu komanda 90 dəqiqə ərzində çərçivəyə 10 zərbə endirə bilibsə, balkanlılar 24 dəfə belə cəhd edib. Çərçivəyə düşən zərbələrdə də qonaqlar üstün olub – 7:6. Lakin komandamız daha dəqiq olduğundan qalib gəlib.

 

Azərbaycan

 

Bosniya və Herseqovina

1

Qollar

0

10

Zərbələr

24

6

Çərçivəyə zərbələr

7

3

Çərçivəyə düşməyən zərbələr

13

1

Qarşısı alınan zərbələr

4

0

Dirək, tir

1

2

Künc zərbələri

10

3

Oyundankənar vəziyyət

3

4

Sarı vərəqələr

2

0

Qırmızı vərəqələr

1

16

Qayda pozuntuları

14

14

Qayda pozuntularına məruz qalmaq

16