Millimizdən böyükhesablı qələbə
17.02.2015 - 09:54
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz “Neftçi” klubunun nəzdindəki U-17 komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan matçda yığmamız böyükhesablı ilə qələbə qazanıb – 5:1. U-16-nın qollarını Fərid Nəbiyev (2 qol), Elçin Əsədov, Elvin İmanlı və Bahadur Həziyev vurub.
0
0