Yığmamızdan darmadağın
20.02.2015 - 10:06
Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Andorranın U-21 yığması ilə qarşılaşıb.
Yığmamız görüşdə 4:0 hesabı ilə qələbə qazanıb. Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə 1 dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqlənib.
0
0