[b]Millimizin “Şaxtyor”la oyununun vaxtı dəqiqləşdi[/b]
19.02.2015 - 09:00
Azərbaycan millisinin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yeganə yoxlama görüşünün vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələrinin Ukrayna “Şaxtyor”u ilə qarşılaşması “Mardan” stadionunda baş tutacaq.
Fevralın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, millimiz fevralın 20-dən 26-dək Antalyada hazırlıq keçəcək.
0
0